ƏMDK Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi ilə bağlı daha bir forum keçirib

ƏMDK Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi ilə bağlı daha bir forum keçirib 2019-cu ilin sonuna qədər ölkənin bütün kənd və rayonlarında torpaqların elektron kadastr uçotu işləri yekunlaşacaq
İnfrastruktur
1593
5 Noyabr , 2016 17:12
ƏMDK Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi ilə bağlı daha bir forum keçirib

Bakı. 5 noyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı ölkə üzrə işgüzar forumların ikinci mərhələsinə start verib. Bu barədə "Report"a Komitədən bildirilib. 

Məlumata görə, növbəti forum bu gün Şəmkir rayonunda baş tutub. 

İşgüzar Forumların məqsədi respublika üzrə bu Sistemin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi istiqamətində həyata keçirilən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. Forumda Komitənin Aparatı və tabeli qurumları, Şəmkir Rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri, bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak edib.

Forumda bildirilib ki, müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır.

Tədbirdə Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı təqdimat keçirilib. Qeyd olunub ki, ölkənin 3,19 mln. ha ərazisi üçün daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazasının yaradılması işi davam etdirilir. Torpaq uçotu, rəqəmsal kadastr xəritələrinin tərtibi və 1,30 mln. ha sahədə pay torpaqlarının faktiki və sənəd göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılması uğurla həyata keçirilir. Uçot işləri torpaqların həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə aparılır. Bu il icrasına başlanılan bu proses 2019-cu ilin sonuna yekunlaşacaq. 

Bu ilin sonuna 12 rayonda, 2019-cu ilin sonunadək isə respublikanın bütün kənd və rayonlarında torpaqların elektron kadastr uçotu işlərinin yekunlaşdırılacaq.

Forumda qeyd edilib ki, dəqiq torpaq uçotu məlumatları torpaqların elmi əsaslarla idarə edilməsi, torpaq idarəçiliyinin təkmilləşməsini təmin edəcək. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması nəticəsində kadastr işləri də elektron xidmətlər cərgəsinə daxil ediləcək. “Plan-ölçü” sənədinin verilməsi işi elektron xidmət vasitəsilə mümkün olacaq. Bu layihə çərçivəsində reallığı tam əks etdirən kadastr xəritələri tərtib olunacaq. Sahibkarlara, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə dövlət dəstəyinin daha operativ həyata keçirilməsi üçün imkanlar yaranacaq.

Son xəbərlər

Orphus sistemi