Elşən Musayev: "Gündə 4-5 dəfə taksidən istifadə edirəm, sürücülərin dərdi-sərini yaxşı bilirəm"

Elşən Musayev: "Gündə 4-5 dəfə taksidən istifadə edirəm, sürücülərin dərdi-sərini yaxşı bilirəm" "Mən gündə 4-5 dəfə taksidən istifadə edirəm, ona görə də taksi sürücülərinin dərdi-sərini yaxşı bilirəm".
İnfrastruktur
16 İyun , 2023 12:37
Elşən Musayev: Gündə 4-5 dəfə taksidən istifadə edirəm, sürücülərin dərdi-sərini yaxşı bilirəm

"Mən gündə 4-5 dəfə taksidən istifadə edirəm, ona görə də taksi sürücülərinin dərdi-sərini yaxşı bilirəm".

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Elşən Musayev deyib.

"İndiyə qədər taksi operatorları yalnız vasitəçilik funksiyasını icra edərək öz faizlərini götürüblər. Amma onlar sürücüləri müdafiə etməlidir. Bu, indiyə qədər olmayıb. Qəzaların sayı heç də təkcə sürücülərin günahı deyil, o sürücüləri yükləyən operatorların günahıdır. Adını çəkmək istəmədiyim bir operator sürücüdən gündə 24 gediş sayı tələb edir. Bu zaman həmin sürücü hansı avtomobili sürsə, qəza edəcək. Taksi sürücüləri çox maraqla bu məsələlərin necə sonlanacağını gözləyir. Onları qorumaq lazımdır. Təkcə onların üzərinə öhdəlik qoymaq lazım deyil, həm də sərnişinlərin üzərinə qoymaq lazımdır. Hansısa sərnişin taksi sifariş verir, sonra telefonu söndürür. Taksi sürücüsü neçə kilometr məsafə qət edib gəlir, amma sonra sərnişinə zəng çatmır. Bu zaman onu "qara siyahı"ya salsalar da, problem kökündən həll edilmir", - deyə deputat bildirib.

Son xəbərlər

Orphus sistemi