Elnur Soltanov: “İqlim dəyişikliyinin su ilə gətirdiyi təhlükələrdə ən çox zərər görənlər qadınlardır”

Elnur Soltanov: “İqlim dəyişikliyinin su ilə gətirdiyi təhlükələrdə ən çox zərər görənlər qadınlardır” İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitə sudur.
İnfrastruktur
16 Oktyabr , 2024 11:11
Elnur Soltanov: “İqlim dəyişikliyinin su ilə gətirdiyi təhlükələrdə ən çox zərər görənlər qadınlardır”

İqlim dəyişikliyinin təsirlərinin insanlara ötürülməsində əsas vasitə sudur.

“Report” xəbər verir ki, bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov “Su və gender bərabərliyi” mövzusunda Bakıda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, okean səviyyəsinin artması, Xəzər və Urmiya göllərinin səviyyəsinin azalması, şirin su resurslarının azalması, quraqlıq, sel, tufan və qasırğalar kimi hadisələrin hamısı su ilə bağlıdır: "Hətta bəzi hesablamalara görə, iqlim dəyişikliyinin 90 %-ə qədər fəsadları su vasitəsilə insanlar, təbiət və canlılara ötürülür".

E. Soltanov qeyd edib ki, su ilə bağlı məsələlərdə qadınlar hələ də siyasi cəhətdən zəif mövqedə qalırlar, bu da onların qərar qəbuletmə prosesində daha az rol oynaması ilə əlaqədardır. Buna baxmayaraq, iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkənlər yenə də qadınlardır, o hesab edir.

Nazir müavini iqtisadi mənada qadınların vəziyyətinə də toxunaraq bildirib ki, kişilər daha çox gəlir gətirən iqtisadi fəaliyyətlərlə məşğul olurlar, qadınlar isə məişət işlərinə məcbur qalırlar: "Bu işlər, hərçənd daha çətin olsa da, pul dəyəri yaratmayan, monetizə olunmayan fəaliyyətlərdir".

E. Soltanov hesab edir ki, təbii fəlakətlər zamanı, məsələn, tufanlar baş verəndə, qadınlar zəif məxluq olduğu üçün daha çox həyatını itirir.

Son xəbərlər

Orphus sistemi