Əli Hüseynov və Siddiqə Məmmədova təltif edilib

Əli Hüseynov və Siddiqə Məmmədova təltif edilib Prezident İlham Əliyev sərəncam imzalayıb
İnfrastruktur
14 Mart , 2015 16:03
Əli Hüseynov və Siddiqə Məmmədova təltif edilib

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Əli Müzəffər oğlu Hüseynov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, Ə.Hüseynov Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə və dövlət qulluğunda xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan elminin inkişafında böyük xidmətlərinə görə Siddiqə Rza qızı Məmmədovaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib. 

Son xəbərlər

Orphus sistemi