Əli Əsədov: "Azərbaycan Xəzərin ətraf mühitinə mənfi təsirlərini azaltmaq üçün fəal səy göstərir"

Əli Əsədov: "Azərbaycan Xəzərin ətraf mühitinə mənfi təsirlərini azaltmaq üçün fəal səy göstərir" Azərbaycan Xəzəryanı dövlətlərin ekoloji problemlərlə bağlı narahatlığını bölüşərək Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün fəal səylər göstərir.
İnfrastruktur
6 Oktyabr , 2022 14:34
Əli Əsədov: Azərbaycan Xəzərin ətraf mühitinə mənfi təsirlərini azaltmaq üçün fəal səy göstərir
Əli Əsədov

Azərbaycan Xəzəryanı dövlətlərin ekoloji problemlərlə bağlı narahatlığını bölüşərək Xəzər dənizinin ətraf mühitinə mənfi təsirlərini minimuma endirmək üçün fəal səylər göstərir.

"Report" Nazirlər Kabinetinə istinadən xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Rusiyanın paytaxtı Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumunda bildirib.

O, qeyd edib ki, oktyabrda Bakıda Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 6-cı Konfransının keçirilməsi planlaşdırılır.

Baş nazir Azərbaycanın bundan sonra da Xəzəryanı dövlətlərin xalqlarının rifahı naminə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün bütün səyləri göstərməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi