Ələt İqtisadi Zonasında ağır sənaye müəssisələri üçün ayrılmış ərazi nə vaxt hazır olacaq?

Ələt İqtisadi Zonasında ağır sənaye müəssisələri üçün ayrılmış ərazi nə vaxt hazır olacaq? Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) ağır sənaye müəssisələri üçün ayrılmış 284 hektar ərazidə aparılan tikinti işləri gələn ilin sonundan gec olmayaraq yekunlaşacaq.
İnfrastruktur
22 May , 2024 18:04
Ələt İqtisadi Zonasında ağır sənaye müəssisələri üçün ayrılmış ərazi nə vaxt hazır olacaq?

Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) ağır sənaye müəssisələri üçün ayrılmış 284 hektar ərazidə aparılan tikinti işləri gələn ilin sonundan gec olmayaraq yekunlaşacaq.

Bunu “Report”a müsahibəsində ƏAİZ Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

"ƏAİZ-də ağır sənayeyə olan tələbatı və artan marağı nəzərə alaraq, tikintisi iki il sonra planlaşdırılan ağır sənaye müəssisələri üçün ayrılmış 284 hektar ərazinin artıq tikinti işlərinə başlamışıq. İnvestorları hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş torpaq sahələri ilə təmin etmək məqsədilə, tikinti işlərini gələn ilin sonundan gec olmayaraq bitirməyi düşünürük", - V. Ələsgərov bildirib.

O qeyd edib ki, Ələt Azad İqtisadi Zonasının ilkin 60 hektar inkişaf mərhələsində müəssisələr üçün nəzərdə tutulmuş ərazinin əksər hissəsi artıq investorlara ayrılıb: “Qeydiyyatdan keçmiş şirkətlərin əksəriyyəti artıq tikinti işlərinə başlayıb. Digər müəssisələr tərəfindən isə layihələndirmə işləri aparılır. Ümumiyyətlə, layihələndirmə zamanı yüksək beynəlxalq standartların tətbiq edilməsi tərəfimizdən qoyulan əsas şərtlərdən biridir”.

V. Ələsgərov vurğulayıb ki, Ələt Azad İqtisadi Zonasına olan böyük marağı nəzərə alaraq, növbəti inkişaf mərhələsi olan 138 hektar ərazinin də tikintisinə planlaşdırılan zamandan 18 ay öncə başlanıb.

Müsahibənin geniş mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi