Ələt Azad İqtisadi Zonasının digər zonalardan üstünlüyü açıqlanıb

Ələt Azad İqtisadi Zonasının digər zonalardan üstünlüyü açıqlanıb Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) digər azad iqtisadi zonalardan üstünlüyü hazır infrastruktur və qanunvericiliyinin olmasıdır.
İnfrastruktur
22 May , 2024 15:55
Ələt Azad İqtisadi Zonasının digər zonalardan üstünlüyü açıqlanıb

Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) digər azad iqtisadi zonalardan üstünlüyü hazır infrastruktur və qanunvericiliyinin olmasıdır.

Bunu “Report”a müsahibəsində ƏAİZ-in Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, Ələt Azad İqtisadi Zonasının təkcə Azərbaycanda və ya qonşu ölkələrdə deyil, daha geniş coğrafiyada cəlbedici olması üçün bütün tədbirlər görülüb: “Məlumdur ki, hazırda Azərbaycanda nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Lakin investorlar üçün dənizə çıxışın önəmli olduğunu və ölkəmizin dənizə birbaşa çıxışının olmadığını unutmayaq. Məhz bu səbəbdən, sözügedən üstünlüyə malik ölkələrdəki azad zonalarla müqayisədə Ələt Azad İqtisadi Zonası daha cəlbedici olmalı idi. Əlbəttə ki, digər iqtisadi zonalarda olduğu kimi, Ələt Azad İqtisadi Zonasında da vergilərdən və gömrük rüsumlarından azadolma kimi güzəştlər mövcuddur. Ancaq yalnız bu faktorla investorları maraqlandırmaq qeyri-mümkündür. Buna görə də, istifadəyə hazır sənaye torpaq sahələri ilə yanaşı, qanunvericilik də çox mühüm önəm daşıyır”.

V. Ələsgərov qeyd edib ki, bu səbəbdən Ələt Azad İqtisadi Zonasının eksterritoriallığını, habelə onun fəaliyyəti, inkişafı və idarə edilməsini təmin edən Milli Məclis tərəfindən “Ələt Azad İqtisadi Zonası haqqında” qanun qəbul edilib və Prezident tərəfindən Azərbaycan Respublikasının üstün qanunu kimi təsdiq edilib: “Qeyd etməliyəm ki, heç bir dövlət qurumu Ələt Azad İqtisadi Zonasının, habelə Azad zonada qeydiyyatdan keçmiş hüquqi şəxslərin, maliyyə qurumlarının və bu hüquqi şəxslərin işçilərinin fəaliyyətini tənzimləmək kimi hüquqa sahib deyil.

Eyni zamanda, qəbul edilmiş qanuna əsasən, əsas iqtisadiyyatın cinayət qanunvericiliyi və cinayət yolu ilə əldə edilmiş digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, o cümlədən hədəfli maliyyə sanksiyaları haqqında qanunvericiliyi istisna olmaqla, digər qanunları Ələt Azad İqtisadi Zonasında tətbiq edilə bilməz. Ələt Azad İqtisadi Zonasının qanunvericiliyi ilə əsas iqtisadiyyatın qanunvericiliyinin müddəaları arasında hər hansı bir ziddiyyətin yaranmasının qarşısını almaq üçün, əsas iqtisadiyyatın 90-dan çox qanununa Ələt zonasının qanunvericiliyinin üstünlüyünü təmin edən müvafiq dəyişikliklər və əlavələr edilib və bu proses davam edir”.

Müsahibənin geniş mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi