Elektrik qatarları həftəsonları hərəkətdə olmayacaq

Elektrik qatarları həftəsonları hərəkətdə olmayacaq Elektrik qatarları həftəsonu hərəkətdə olmayacaq
İnfrastruktur
563
3 İyul , 2020 16:40
Elektrik qatarları həftəsonları hərəkətdə olmayacaq

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-na qədər şənbə və bazar günləri Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq.

Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

O cümlədən 4 və 5, 11 və 12, 18 və 19 iyul tarixlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən qatarlar hərəkətdə olmayacaq.

Digər günlərdə sərnişindaşıma hazırda qüvvədə olan qrafik üzrə həyata keçiriləcək.