Ekspert: “İqtisadi rayonların yeni bölgüsü gizli iqtisadiyyatı yox edəcək”

Ekspert: “İqtisadi rayonların yeni bölgüsü gizli iqtisadiyyatı yox edəcək” “İlk olaraq nəzərə almaq lazımdır ki, bu qəbildən olan layihələr bir neçə ölkədə mövcuddur və hər birində uğurla başa çatıb”.
İnfrastruktur
8 İyul , 2021 17:16
Ekspert: “İqtisadi rayonların yeni bölgüsü gizli iqtisadiyyatı yox edəcək”

“İlk olaraq nəzərə almaq lazımdır ki, bu qəbildən olan layihələr bir neçə ölkədə mövcuddur və hər birində uğurla başa çatıb”.

Bunu “Report”a açıqlamasında ölkədə iqtisadi rayonların yeni bölgüsü haqqında prezident fərmanını şərh edən iqtisadçı-ekspert Fuad İbrahimov deyib.

Onun sözlərinə görə, yeni iqtisadi bölgü büdcədən ayrılan vəsaitlərin şəffaf xərclənməsinə şərait yaradacaq: “Cənab Prezident də çıxışında vurğulayıb ki, büdcə xərclərimizin effektivliyi, təyinatı üzrə xərclənməsi əhəmiyyətli məsələdir. Bilirsiniz ki, bu istiqamətdə detallı araşdırma aparmaq çətindir. Yəni elə bir alət mövcud deyil. Amma bu regionların yaranması onlara daxil olan rayonların bir-birinə inteqrasiyasını gücləndirəcək. İkincisi onların arasında büdcədən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsində elastiklik yaranacaq və maksimal şəkildə kənarlaşmanın qarşısını alacaq. Bundan sonra sahibkarların həmin regionlarda fəaliyyətinin elastikliyi bərqərar olacaq. Bir sözlə gizli iqtisadiyyat mərhələli şəkildə yox olacaq, beləliklə regional inkişaf baş tutacaq.

Hesab edirəm ki, qısa zaman kəsiyində məhz həmin neqativ halların kənarlaşması istiqamətində, eyni zamanda rahatlıqla sahibkarların, fiziki şəxs və özəl müəssisələrin fəaliyyətinin rahatlaşmasına xidmət edəcək qərardır. Konkret zaman və məkan çərçivəsində iqtisadi cəhətdən xüsusən də qeyri-neft sektorunun birbaşa dirçəlişinə şərait yaradacaq məqamdır. Bu göstəriciləri bir araya gətirərək onu deyə bilərəm ki, ölkə başçısının imzaladığı qərar mühüm əhəmiyyət kəsb edir. Bilavasitə də müharibə dövrünü keçdiyimiz və hazırda da işğaldan azad edilmiş torpaqlarımızın da iqtisadı dövriyyəyə cəlb etmə prosesini nəzərə alsaq bu çox mühüm və əhəmiyyətli qərardır”.

Xatırladaq ki, iyulun 7-də Prezident İlham Əliyev "İqtisadi rayonların yeni bölgüsü haqqında" fərman imzalayıb. Fərmanla iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib:

1.1.Bakı iqtisadi rayonu (Bakı şəhəri);

1.2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

1.3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

1.4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

1.5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

1.6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

1.7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

1.8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

1.9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

1.10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

1.11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

1.12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

1.13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

1.14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

Son xəbərlər

Orphus sistemi