Ekspert: "12 mərtəbəli binalar tikirlər, amma parklanma yeri yoxdur"

Ekspert: "12 mərtəbəli binalar tikirlər, amma parklanma yeri yoxdur" "Bakının yollarında tıxacların yaranması avtomobillərin əlavə yanacaq işlətməsinə və ekoloji problemlərə problemlərə səbəb olur".
İnfrastruktur
682
25 Noyabr , 2020 11:49
Ekspert: 12 mərtəbəli binalar tikirlər, amma parklanma yeri yoxdur

"Bakının yollarında tıxacların yaranması avtomobillərin əlavə yanacaq işlətməsinə və ekoloji problemlərə problemlərə səbəb olur".

"Report” xəbər verir ki, bunu onlayn keçirilən “Baku City Forum”da "Caspian Energy Club"un logistika üzrə akt komitəsinin sədri Kamran Həbibov deyib.

Onun sözlərinə görə, tıxaclar bir sıra səbəblərdən, o cümlədən parlanma ilə bağlı məsələlərin lazımi səviyyədə həll edilməməsindən yaranır: "Məsələn, əgər yeni tikilmiş binada 200 mənzil varsa, deməli həmin binanın 300-350 maşınlıq parklanma yeri olmalıdır. Və yaxud biznes mərkəzlərinin qarşısına baxırsan, 3-4 sıra maşınlar park edib. Heç kimə də demək olmaz ki, maşını saxlamasın. Ona görə də biznes mərkəzlərinə də eyni tələb olmalıdır. Neçə işçi olacaqsa ona uyğun parklanma yerləri tikilməlidir. Bu problem getdikcə artır. Şəhərdə 1-2 mərtəbəli evləri söküb 12 mərtəbəli binalar tikirlər. Heç birinin də parklanma yeri yoxdur. Hansısa nişan qoymaqla düzəlmir".

Son xəbərlər

Orphus sistemi