Bakı. 4 iyun.
"Report" xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Salyan-Sabirabad zonasında 28 min hektar ərazidə yeni suvarılan torpaqlar dövriyyəyə daxil ediləcək: "Bu torpaqlar yeni qış otlaq sahələrinin hesabına reallaşdırılacaq. Bu layihə həmin zona üçün işlənib hazırlanıb. Yaxın günlərdə layihənin icrasına başlanacaq".