Əhalinin 76 %-i dövlət zəmanəti ilə təqdim olunan ipotekaya etibar edir

Əhalinin 76 %-i dövlət zəmanəti ilə təqdim olunan ipotekaya etibar edir Media Təhlil Mərkəzi əhalinin ipoteka kreditləşməsinə etibar səviyyəsini öyrənmək məqsədilə sorğu keçirib
İnfrastruktur
1 Aprel , 2021 15:43
Əhalinin 76 %-i dövlət zəmanəti ilə təqdim olunan ipotekaya etibar edir

Media Təhlil Mərkəzi əhalinin ipoteka kreditləşməsinə etibar səviyyəsini öyrənmək məqsədilə sorğu keçirib.

“Report”un mərkəzə istinadən verdiyi məlumata görə, sorğuda iştirak edən 745 respondentin 38 %-ni qadınlar, 62 %-ni kişilər təşkil edib.

Keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 58,2 %-i ailəsinə məxsus mənzildə, 19,1 %-i kirayə şərtilə, 11,5 %-i isə şəxsi mülkiyyətində olan mənzildə yaşadıqlarını qeyd ediblər.

İpoteka və Kredit Zəmanət Fondu xətti ilə mənzil sahibi olanlar sorğu iştirakçılarının 4,3 %-i, şirkətdaxili ipoteka krediti ilə aldığı mənzildə yaşayanlar 0,5 %-i, müvəkkil banklar vasitəçiliyi ilə aldığı mənzildə yaşayanlar isə 0,5 %-i təşkil edir. Sosial ipoteka şərti ilə mülkiyyət sahibi olanlar isə cavab verənlərin 0.3 %-i təşkil edir.

Cavabların təhlilinə əsasən, respondentlərin 75,8 %-i dövlət zəmanəti ilə təqdim olunan ipoteka şərtlərinə, 13,7 %-i tikinti şirkətlərinin təklif etdiyi daxili kreditləşməyə, 10,5 %-i isə bankların daxili kredit şərti ilə təqdim olunan ipotekaya etibar edir. Sorğuda iştirak edənlərin 88,5 %-i tikintisi ilkin mərhələdə olan (bünövrəsi qoyulan) binadan mənzil almağı məqsədəuyğun hesab etməsə də, 11,5 %-i bu üsulla mənzil sahibi olmağı normal qəbul edib.

Son xəbərlər

Orphus sistemi