Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb

Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb Küçəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və yola üfiqi nişanlanma xətləri çəkilib
İnfrastruktur
18 Sentyabr , 2017 14:41
Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb
Azeravtoyol.gov.az

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda, Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb. 

Bu barədə “Report”a “Azəravtoyol” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir. Küçənin “Qələbə dairəsi”nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb.

Genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və yola üfiqi nişanlanma xətləri çəkilib.

Son xəbərlər

Orphus sistemi