Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb
İnfrastruktur
- 18 sentyabr, 2017
- 10:41
Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda, Əbdülvahab Salamzadə küçəsində genişləndirilmə işləri aparılıb.
Bu barədə “Report”a “Azəravtoyol” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, genişləndirilən yol hissəsinin uzunluğu 400 metrdir. Küçənin “Qələbə dairəsi”nə doğru olan hissəsində əsas yolla köməkçi yolu ayıran ayrıcı zolaq ləğv edilib. Nəticədə sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub, həmçinin əlavə daha 1 hərəkət zolağı yaranıb.
Genişləndirmə işləri aparılan hissəyə 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib və yola üfiqi nişanlanma xətləri çəkilib.
Son xəbərlər
18:07
Azərbaycan XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
Xarici siyasət18:02
Foto
Adil Əliyev Suraxanıda yağışın fəsad törətdiyi ərazilərə baxış keçirib
Daxili siyasət17:50
İran ABŞ-nin ikinci C-130 təyyarəsinin məhv edildiyini bəyan edib
Region17:44
Serbiyada enerji obyektində təxribat cəhdinin qarşısı alınıb
Digər ölkələr17:42
Foto
Stolüstü tennisçilər "Baku Open" turnirində bacarıqlarını göstərirlər
Komanda17:29
"Bakıkart" NFC-dən istifadə edən sərnişinlərə müraciət edib
İnfrastruktur17:27
Premyer Liqanın XXVI turunda "Qəbələ" "Kəpəz"ə qalib gəlib
Futbol17:27
SEPAH İsrail ilə ABŞ-nin bölgədəki bazalarına zərbələr endirib
Region17:21