Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar

Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə həm məhsuldarlığı artıra, həm də növbəti 10 ildə dövlət büdcəsində 1,5 milyard manat vəsaitə qənaət etməyə imkan verə bilər.
İnfrastruktur
18 Sentyabr , 2024 12:53
Dünya Bankı: Su ehtiyatlarından səmərəli istifadə ilə büdcədə 1,5 milyard manata qənaət etmək olar
Smita Misra

Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə həm məhsuldarlığı artıra, həm də növbəti 10 ildə dövlət büdcəsində 1,5 milyard manat vəsaitə qənaət etməyə imkan verə bilər.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra Bakıda keçirlən "Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, son 10 ildə dövlət bu sahəyə 8 milyard manat vəsait qoyub: "Növbəti 10 ildə isə 6 milyard manat vəsaitin tələb olunacağı gözlənilir. Bu sahə ilə bağlı tələb olunan subsidiyaların məbləği 6 milyard manatdan 4,6 milyard manata düşəcək. Qənaət tariflərin artırılması, su itkilərinin azaldılması və işçi heyətinin optimallaşdırılması hesabına təmin oluna bilər".

Son xəbərlər

Orphus sistemi