Dünya Bankı Azərbaycanda "ağıll kənd" layihəsi ilə bağlı tövsiyələr irəli sürüb

Dünya Bankı Azərbaycanda "ağıll kənd" layihəsi ilə bağlı tövsiyələr irəli sürüb AKTH indeksi müxtəlif dərəcələrdə “ağıllı kənd” inkişafı üçün dəstək olmağa hazır coğrafi ərazilərin prioritetləşdirilməsi üçün istifadə olunmalıdır
İnfrastruktur
28 İyun , 2021 11:04
Dünya Bankı Azərbaycanda ağıll kənd layihəsi ilə bağlı tövsiyələr irəli sürüb

"Ağıllı kənd" yanaşmalarının tətbiqi üçün ölkə daxilindəki vəziyyəti qiymətləndirmək məqsədilə Dünya Bankı tərəfindən böyük həcmli qlobal məlumatlar, eləcə də milli məlumat mənbələri əsasında Ağıllı Kəndlərin Tətbiqinə Hazırlıq (AKTH) İndeksi adlanan analitik əsas hazırlanıb. Məlumatlar Azərbaycan Dövlət Statistika Komitəsi və müxtəlif nazirliklərdən, habelə MİX Market, Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından əldə edilib.

"Report" xəbər verir ki, bu barədə məlumatlar Dünya Bankının Azərbaycanda "ağıllı kəndlər"in yaradılması üzrə təhlil üçün çərçivə və yol xəritəsində yer alıb.

Qeyd edilib ki, AKTH İndeksi geniş spektrdə dəyişənlərə sahib olan əsaslı çərçivədir, lakin ən uyğun gələn və tam təchizatlı olan dövlət məmurları tərəfindən hələ tam olaraq sınaqdan keçirilməyib və Azərbaycan kontekstinə uyğunlaşdırılmayıb. Məlumat bazası mürəkkəb olduğundan və qərar qəbul etmə prosesinin idarə edilməsi məqsədilə tətbiq olunacaq yüksək səviyyəli texniki bacarıq tələb etdiyindən, məlumatlar sistemi və sistemin saxlanılması və inkişaf etdirilməsi üçün biliklərin təkmilləşdirilməsi üçün müvafiq dövlət qurumu müəyyənləşdirilməlidir. Bu prosesin nəticəsində hökumət tərəfindən məlumat çərçivəsi və inkişafın planlaşdırılması, investisiya qoyuluşu, nəticələrin monitorinqi və qiymətləndirilməsində istifadəsi qəbul olunmalıdır.

AKTH indeksi müxtəlif dərəcələrdə “ağıllı kənd” inkişafı üçün dəstək olmağa hazır coğrafi ərazilərin prioritetləşdirilməsi üçün istifadə olunmalıdır. Pilot layihə üçün hazırlıq dərəcəsinə görə yüksəkdən aşağıya doğru kənd klasterlərinin seçilməsi, internet xidmətlərini qiymət baxımından daha sərfəli, davamlı və etibarlı etmək üçün regional və milli rəqəmsal bağlantıya investisiya qoyulması, ümumi əhali, xüsusilə azyaşlı və aztəminatlı şəxslər arasında əhalinin rəqəmsal bazara çıxşı üçün rəqəmsal savadlılığın qiymətləndirilməsi, hədəflənməsi və artırılması, yerli hökumət orqanları və icma qruplarının yerli səviyyədə qərar qəbuletmə və iqtisadi fəaliyyətə dəstək verən rəqəmsal texnologiyaya keçməyə, innovasiyaları tətbiq etməyə və yanaşmaları qəbul etməyə təşviq edilməsi tövsiyyə olunur.

Hesabata əsasən, özəl sektorun yaradıcılıq və problemi həll etmə imkanından istifadə etmək məqsədilə hökumət hədəf klasteri ərazilərində iqtisadi fəaliyyətlərin şaxələndirilməsinə ağıllı kənd yanaşmalarını tətbiq etmək, şəhər və ölkə arasında əvvəlcədən müəyyən edlmiş bölünməni aradan qaldırmaq və sektordan asılı olmayaraq kənd yerlərinin inkişafı problemlərinə daha geniş şəkildə rəqəmsal və rəqəmsal olmayan həllər təklif etmək üçün rəqabəti, mümkün “innovasiya fondu” vasitəsilə təşkil etməli və dəstəkləməlidir.

"“Ağıllı kənd” yanaşmasının milli, sektorlararası xüsusiyyətini nəzərə alaraq, heç bir nazirlik və ya hökumət səviyyəsi onun icrası üçün cavabdeh ola bilməz. Bir nazirlik və ya qurum rəhbərlik edə bilər, lakin çoxu real nəticələr əldə etmək üçün dəstək göstərməli və strategiyaları və mənbələrindən istifadə etməlidir. Azərbaycan hökuməti bu fəaliyyətləri hansı qurumların daxil, rəhbərlik və icra etməsinə qərar verməlidir, lakin bu, inkişaf tərəfdaşları və özəl sektor üçün əməkdaşlıq və nüfuzetmə yeri, dəstək və tərəfdaşlıq təmin edəcəkdir", - Dünya Bankı hesab edir.

Son xəbərlər

Orphus sistemi