Dubay daşınmaz əmlak sahəsində daha bir rekorda imza atıb

Dubay daşınmaz əmlak sahəsində daha bir rekorda imza atıb Dünyanın ən hündür binası – “Bürc Xəlifə”nin yerləşdiyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri daşınmaz əmlak sahəsində daha bir rekorda imza atıb.
İnfrastruktur
11 Yanvar , 2020 14:51
Dubay daşınmaz əmlak sahəsində daha bir rekorda imza atıb

Dünyanın ən hündür binası – “Bürc Xəlifə”nin yerləşdiyi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri daşınmaz əmlak sahəsində daha bir rekorda imza atıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, burada 3D printerindən istifadə etməklə dünyanın ən böyük binası tikilib.

Ümumi sahəsi 650 kvadratmetr, hündürlüyü isə 9,5 metr olan ikimərtəbəli inzibati binanın layihəsini ABŞ-ın Nyu-York şəhərindən olan “Apis Cor” startapı hazırlayıb. Bu startap ötən il ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Marsda 3D tipli binaların inşa edilməsi ilə bağlı elan etdiyi müsabiqənin qalibi olub.

Dubaydakı binaya gəlincə, bu tikinti zamanı quraşdırma işləri görülməyib. Sadəcə binanın ərazisi çap sahəsindən böyük olduğuna görə kran vasitəsilə hərəkət edən xüsusi səyyar qurğudan istifadə edilib. Beləliklə, bütün bina mərtəbə-mərtəbə 3D printerində çap edilərək ucaldılıb.

Əlverişsiz hava, o cümlədən qum fırtınalarına baxmayaraq, inşaat işləri uğurla başa çatdırılıb. İndi də yerli bələdiyyə bütöv bir yaşayış rayonunu çap etdirməyi düşünür.

Son xəbərlər

Orphus sistemi