Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onlayn press-tur keçirib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onlayn press-tur keçirib Tədbir "Bir pəncərə” elektron müraciət sisteminin yeni funksionallıqları ilə tanışlıq məqsədi daşıyıb
İnfrastruktur
19 Mart , 2021 12:12
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onlayn press-tur keçirib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Bir pəncərə” elektron müraciət sisteminin yeni funksionallıqları ilə tanışlıq məqsədi daşıyan onlayn press-tur keçirib.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 2019-cu ilin fevral ayından istifadəyə verilmiş sistem vasitəsilə ilk mərhələdə Bakı şəhəri üzrə ekspertizası tələb olunmayan inşaat obyektlərinin tikintisi və istismarına, noyabr ayından isə bütün ölkə üzrə icazələr əldə etmək mümkün olsa da, 2020-ci ildən funksionallıq genişləndirilərək artıq ekspertizası tələb olunan tikinti obyektlərinin həm Bakı həm də bölgələr üzrə istismara icazə modulları istifadəyə verilib. İlk gündən böyük rəğbətlə qarşılanan "Bir pəncərə” elektron müraciət sisteminin funksionallığı 2021-ci ildə daha da artırılıb və sistemin tərkibində məlumatlandırma icraatı modulu yaradılıb.

Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir, onların tikintisi üçün tikinti layihəsini yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlaması tələb olunur. Yeni istifadəyə verilmiş funksiya sayəsində Bakı üzrə fərdi yaşayış evləri tikmək istəyən şəxslər artıq bu elektron portal vasitəsilə onlayn müraciət edə bilərlər. Yeni yaradılan modul sayəsində vətəndaşlar şəxsiyyət vəsiqələrinin FİN kodunu daxil etməklə sistemə qoşulduqdan sonra müraciətlərini aidiyyati qurumlara göndərə bilərlər. Bu zaman müvafiq qanunvericilikdə nəzərdə tutulan sənədlərin yüklənilməsi tələb olunur.

Məlumatlandırma icraatı modulu pilot layihə olaraq Bakı şəhərində tətbiq olunub və sınaq layihəsinə paytaxtın 12 rayonunu əhatə edir. Müraciətlərə Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq 10 gün müddətində baxılır və müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən 10 müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, müvafiq bildiriş vətəndaşın şəxsi kabinetinə göndərilir.

Son xəbərlər

Orphus sistemi