Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni sədri kollektivə təqdim edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni sədri kollektivə təqdim edilib Onu kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib
İnfrastruktur
2400
24 Aprel , 2018 10:43
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni sədri kollektivə təqdim edilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev / Report/ Elshan Baba

Bakı. 24 aprel. REPORT.AZ/ Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni sədr təyin olunmuş Samir Nuriyevi kollektivə təqdim edib.

Bu barədə “Report”a Komitədən məlumat verilib.

Məlumata görə, təqdimat mərasimində çıxış edən S.Nuriyev işçilərə bundan sonra daha yaxşı işləməyi, peşəkar şəkildə fəaliyyət göstərməyi tövsiyyə edib.

Qeyd edək ki, S.Nuriyev bu vəzifəyə ölkə prezidentinin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə təyin edilib. O, bu təyinata qədər Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bu il fevralın 18-də vəfat edib.

Son xəbərlər

Orphus sistemi