Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il Qarabağa dair 129 müraciət qəbul edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il Qarabağa dair 129 müraciət qəbul edib 2021-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ölkə prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” 18 mart 2021-ci il tarixli və “İşğaldan azad olunmuş ərazilərdə şəhə
İnfrastruktur
9 Mart , 2022 17:17
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il Qarabağa dair 129 müraciət qəbul edib

2021-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ölkə prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” 18 mart 2021-ci il tarixli və “İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələri haqqında” 12 avqust 2021-ci il tarixli fərmanlarının icrası çərçivəsində 129 müraciət daxil olub.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir.

Sənədə əsasən, həmin müraciətlərdən torpaq sahələrinin ayrılması məsələlərinə aid 26 müraciətə müvafiq sərəncamlar verilib, 6 şəhərsalma əsaslandırılması layihəsi təsdiq edilib, 15 tikinti obyketi üzrə “Tikintiyə icazə” verilib, müraciətdən bir qismi isə rəy bildirilməsi üçün müvafiq qurumlara göndərilib.

Son xəbərlər

Orphus sistemi