Bakı. 14 noyabr. REPORT.AZ/ “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın hədəflərindən biri də Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə işə düzələn işçilərin sayını əhəmiyyətli dərəcədə artırmaqdır”.
“Report” xəbər verir ki, bunu “
Şöbə müdiri əlavə edib ki, hazırda Azərbaycanda cəmi 3 Regional Peşə Tədris Mərkəzi mövcuddur, dördüncüsü isə Gəncədə qurulur. İ.Həsənov qeyd edib ki, 2030-cu ilə qədər bu mərkəzlərin sayı 10-a çatdırılmalıdır. Onun sözlərinə görə, qeyd olunan dövrə qədər özüməşğulluq proqramları da davam etdiriləcək. Nazirlik rəsmisi bildirib ki, 2017-ci ildə bu proqramlara təxminən 1 400 ev təsərrüfatı cəlb olunub. Onun sözlərinə görə, bu rəqəm 2020-ci ilədək təxminən 6 dəfə artırılmalı, təxminən 8 400 ev təsərrüfatı özüməşğulluq proqramına cəlb edilməlidir.
İ.Həsənov strateji hədəflərin həyata keçirilməsindən gözlənilən nəticələr barədə də danışıb: “Ən böyük gözləntilərdən biri layiqli əmək imkanlarının genişləndirilməsidir. Təhsil sisteminin əmək bazarı ilə uyğunluğunun təmin edilməsi də uğurlu nəticənin əldə olunmasında vacib rol oynayacaq. İkinci mühüm nəticə məşğulluq və sosial müdafiə arasında əlaqənin güclənməsini təmin etməkdir. Yəni, məşğulluq daha çox sosial müdafiəyə ehtiyacı olan insanların aktiv əmək bazarına inteqrasiyasına yönəldiləcək. Bu cür insanların passiv məşğulluqdan aktiv məşğulluğa yönəldilməsindən ümumi iqtisadiyyat xeyir görəcək. Yəqin ki, tezliklə hazırlanacaq beşillik tədbirlər planlarında bütün bunlar konkret şəkildə öz əksini tapacaq. 2019-2024 və 2025-2030-cu illər ərzində həyata keçiriləcək tədbirlərin monitorinqləri və qiymətləndirilməsi aparılacaq, məşğulluq xidməti orqanları bununla bağlı müntəzəm olaraq öz hesabatlarını təqdim edəcəklər”.