Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub.
“Report” xəbər verir ki, bu vəzifə Pərvanə İmanovaya həvalə edilib.
O, indiyə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş redaktorunun müavini olub və yeni vəzifəsində Tural Müseyibovu əvəz edib.
Xatırladaq ki, Dövlət Dəniz Agentliyi Prezident İlham Əliyevin “Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında 12 yanvar 2018-ci il tarixli fərmanı ilə, 2001-ci ildən müstəqil icra hakimiyyəti qurumu kimi fəaliyyət göstərən Dövlət Dəniz Administrasiyasının bazasında yaradılıb. Agentlik ölkə ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.