Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin gəlirləri və xərcləri azalıb

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin gəlirləri və xərcləri azalıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2019-cu ildə 2,5 milyon manat gəlir əldə edib.
İnfrastruktur
677
24 Oktyabr , 2020 15:19
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin gəlirləri və xərcləri azalıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) 2019-cu ildə 2,5 milyon manat gəlir əldə edib.

“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, 2018-ci illə müqayisədə 1,15% azdır. Ötənilki gəlirlərin demək olar ki, hamısı qeyri-birja əməliyyatlarının hesabına əldə olunub.

2019-cu ildə DANX-ın xərcləri isə 2018-ci ilə nisbətən 7% az – 2,339 milyon manat təşkil edib. Bunun isə 1,61 milyon manatı əmək haqqı ödənişlərinə və dövlət sosial sığorta ayırmalarına, 334 min manatı sərf edilmiş materialların alınmasına, 75 min manatı amortizasiyaya, 320 min manatı isə sair əməliyyatlara yönəldilib.

Son xəbərlər

Orphus sistemi