Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin yeni rəis müavini Fərid Bağırov təyin edilib.
"Report" xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.
Qeyd edək ki, Fərid Bağırov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirib. 2000-ci ildən Azərbaycan Respublikası Vergilər Nazirliyi, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, “Azərbaycan Hava yolları” QSC, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müxtəlif vəzifələrdə çalışıb.
Ailəlidir, 3 övladı var.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə yeni rəis müavini təyin edilib
İnfrastruktur
10 Avqust , 2020
15:40
https://static.report.az/photo/aa4ab2fe-3174-3d1c-b74a-a3269a0c23f8.jpg