DOST mərkəzləri üçün avtomobillər alınıb

DOST mərkəzləri üçün avtomobillər alınıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus Dost İş Mərkəzi MMC 2 və 3 saylı Bakı DOST mərkəzlərinin fəaliyyətinin vaxtlı-vaxtında icra edilməsi üçün avtomobil nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
İnfrastruktur
20 May , 2020 17:51
DOST mərkəzləri üçün avtomobillər alınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə məxsus "Dost İş Mərkəzi" MMC 2 və 3 saylı Bakı DOST mərkəzlərinin fəaliyyətinin vaxtlı-vaxtında icra edilməsi üçün avtomobil nəqliyyat vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azərmaş" MMC-dir.

Qalib şirkətə 31,4 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi