DGK: "Xanoba"dan gün ərzində 1 600-dək müxtəlif təyinatlı maşınlar hərəkət edə bilər"

DGK: "Xanoba"dan gün ərzində 1 600-dək müxtəlif təyinatlı maşınlar hərəkət edə bilər" Azərbaycan-Rusiya sərhədində yerləşən və bu ilin martın 17-də açılan "Xanoba" sərhəd-buraxılış məntəqəsinin gün ərzində 550 yük, 1 000 minik maşının və 30 ədəd avtobusun yoxlanıb buraxılması üçün imkan var.
İnfrastruktur
30 May , 2023 12:53
DGK: Xanobadan gün ərzində 1 600-dək müxtəlif təyinatlı maşınlar hərəkət edə bilər

Azərbaycan-Rusiya sərhədində yerləşən və bu ilin martın 17-də açılan "Xanoba" sərhəd-buraxılış məntəqəsinin gün ərzində 550 yük, 1 000 minik maşının və 30 ədəd avtobusun yoxlanıb buraxılması üçün imkan var.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Cəfər Quluzadə jurnalistlər üçün təşkil olunmuş mediatur zamanı bildirib.

Onun sözlərinə görə, gömrük məntəqəsində 13 hərəkət zolağı salınıb: "Bu zolaqlardan 1-i VİP zolağıdır, 2-i avtobuslar üçün nəzərdə tutulur. Digər 4 zolağ minik avtomobillərin, 6-ı isə yük maşınlarının keçidi üçün nəzərdə tutulub.

Bundan başqa yük maşınlarının alt hissəsini çəkmək üçün xüsusi kameralar quraşdırılıb. Bununla yanaşı sürücülər nəqliyyat vasitəsini tərk etmədən pasport yoxlanışından keçə bilər".

Cəfər Quluzadə bildirib ki, hazırda digər gömrük sərhəd- buraxılış məntəqələrinin yenilənməsi üzrə də tədbirlər görülür, Gürcüstanla isə yeni gömrük məntəqəsinin hazırlanması ilə bağlı iş aparılır.

Son xəbərlər

Orphus sistemi