DGK sədri "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK sədri "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin Mazımçay gömrük postunda mövcud vəziyyətlə tanış olub.
İnfrastruktur
25 May , 2019 14:18
DGK sədri Mazımçay gömrük postunda mövcud vəziyyətlə tanış olub

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Komitədən “Report”a verilən məlumata görə, S.Mehdiyev Gürcüstanla dövlət sərhədində yerləşən "Mazımçay" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə Komitə sədrinə məlumat verilib.

S.Mehdiyev dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi