"Bakı Metropoliteni" yeni qatarları xəttə buraxıb- YENİLƏNİB

"Bakı Metropoliteni" yeni qatarları xəttə buraxıb- YENİLƏNİB Bakı Metropoliteni QSC yeni qatarları xəttə buraxıb.
İnfrastruktur
2 İyul , 2019 13:24
Bakı Metropoliteni yeni qatarları xəttə buraxıb- YENİLƏNİB

"Bakı Metropoliteni" QSC yeni qatarları xəttə buraxıb.

"Report" xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə çıxış edən “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev jurnalistlərə deyib ki, təmsil etdiyi qurum bundan sonra da metronun vaqon parkını yeniləməkdə davam edəcək.

O həmçinin yeni vaqonların əvvəlkilərdən bir sıra xüsusiyyətlərinə görə fərqləndiyini də qeyd edib.


*** 11:08

"Bakı Metropoliteni" QSC bu gün yeni qatarlarını xəttə buraxacaq. 

"Report" QSC-dən bildirilib ki, bu gün ümumilikdə 10 vaqon yaxud 2 qatar xəttə çıxarılacaq.

İlkin məlumata görə, qatarlar "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində hərəkət edəcək.

Xatırladaq ki, QSC bu il Rusiyadan 30 vaqon yaxud 6 qatar alıb. Onlardan 10 vaqon artıq Bakıya gəlib. Avqustun 10-dan sonra isə ilin sonunacan daha 20 vaqon Bakıya gətiriləcək. 

Son xəbərlər

Orphus sistemi