Deputat: "Dənizdəki qum-çınqıl süni torpaq sahələrinin yaradılması üçün istifadə edilməməlidir"

Deputat: "Dənizdəki qum-çınqıl süni torpaq sahələrinin yaradılması üçün istifadə edilməməlidir" Azərbaycanda dənizdən qum-çınqıl götürülməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tətbiq etdiyi cərimələr azdır.
İnfrastruktur
17 Aprel , 2024 12:03
Deputat: Dənizdəki qum-çınqıl süni torpaq sahələrinin yaradılması üçün istifadə edilməməlidir

Azərbaycanda dənizdən qum-çınqıl götürülməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tətbiq etdiyi cərimələr azdır.

“Report” xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Cərimənin məbləği elədir ki, 2-3 maşın yaxşı qum-çınqıl götürəndə bunu qarşılamaq olur", - deyə o qeyd edib.

"Xəzər dənizində süni torpaq sahələrinin yaradılması iqtisadi baxımdan sərfəlidir, turizmin inkişafına təkan verəcək. Amma burada müəyyən məhdudiyyətlər var. Pulsuz çimərliklərə toxunulmamalıdır. İnsanlar gedib çimib-əylənə bilməlidir. Qanun layihəsində əsas məsələlərdən biri də yaradılacaq süni ərazilər üçün torpağın haradan götürülməsidir. Əgər bu, indiki kimi götürüləcəksə, hazırda ETSN bununla mübarizə aparır. Amma bu mübarizə məsələni həll eləmir. Qumu-çınqılı dəniz kənarından götürürlər və böyük ekoloji problem yaradırlar. Layihəni bu formada həyata keçirmək mümkün deyil. Çalışmaq lazımdır ki, qum-çınqıl dəniz kənarından götürülüb başqa yerə aparılmasın, süni torpaq sahələrinin yaradılması üçün istifadə edilməsin. Əks halda, bu Xəzər dənizinə və ekologiyaya ziyan verəcək", - deyə deputat əlavə edib.

Son xəbərlər

Orphus sistemi