Dənizlə yük daşımaların həcmi artıb

Dənizlə yük daşımaların həcmi artıb Artım tendensiyası həm maye, həm də quru yüklərdə qeydə alınıb
İnfrastruktur
10 İyul , 2017 18:45
Dənizlə yük daşımaların həcmi artıb

Bakı. 10 iyul. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-nin gəmiləri ilə ötən ay daşınan yüklərin həcmi çoxalıb. Artım tendensiyası həm maye, həm də quru yüklərdə qeydə alınıb.

AXDG-dən "Report"a daxil olan məlumata görə, hesabat dövründə 1 542 avtomaşının daşınıb. Bunlardan 682-si "Ro-Ro", 859-u isə bərə daşımalarının payına düşür. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 146 ədəd çoxdur.

Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 4 200 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2 758 olub.

Eyni dövrdə ümumilikdə 348 522 ton maye, 93 463,3 ton quru yük daşınıb.

2017-ci ilin iyununda dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1 520 sərnişin daşınıb. Bu da ötən ilin eyni dövrünün göstəricilərinə görə, QSC-yə məxsus gəmilərdən 117 nəfər çox sərnişinin istifadə etdiyini göstərir.

Xatırladaq ki, gəmiçilik daşımalar üçün onlayn sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. 

Son xəbərlər

Orphus sistemi