Dənizçilərin Ehtiyat Kadr Bazasının yaradılması üçün növbəti imtahan keçirilib

Dənizçilərin Ehtiyat Kadr Bazasının yaradılması üçün növbəti imtahan keçirilib Bakı. 4 sentyabr. REPORTAZ/“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ Qapalı Səhmdar Cəmiyyətinin sıravi heyətlə bağlı Ehtiyat Kadr Bazasının yaradılması məqsədi ilə növbəti test imtahanları keçirilib.
İnfrastruktur
4 Sentyabr , 2018 11:48
Dənizçilərin Ehtiyat Kadr Bazasının yaradılması üçün növbəti imtahan keçirilib

Bakı. 4 sentyabr. REPORTAZ/“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ Qapalı Səhmdar Cəmiyyətinin sıravi heyətlə bağlı Ehtiyat Kadr Bazasının yaradılması məqsədi ilə növbəti test imtahanları keçirilib.

Gəmiçilikdən “Report”a verilən məlumata görə, imtahanlara QSC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş elanlara müraciət edən 500 nəfər arasından meyarlara uyğun şəxslər dəvət olunub. Həmin elanlar sayta bu il iyulun 26-da yerləşdirilib və bir ay müddətində qüvvədə olub.

İmtahanlar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamenti (İRİD) tərəfindən təşkil edilib. Prosesə daxili mütəxəssislərdən və kənar təşkilatların nümayəndələrindən ibarət heyət tərəfindən xüsusi nəzarət olub. Bildirilib ki, imtahanlar AXDG-nin işə qəbul siyasətinə uyğun, tam şəffaf qaydada baş tutub.

Gəmiçilikdə mövcud işə qəbul qaydalarına əsasən müsabiqədə işə qəbulu tövsiyə olunmuş namizədələrə nisbətən daha az bal toplamış, lakin müvafiq keçid balını toplamaqla müsbət rəy almış namizədlər Ehtiyat Kadr Bazasına daxil edilirlər.

Bu bazanın yaradılmasında məqsəd dənizçilik sahəsində orta ixtisas və ali təhsil almış və karyerasını bu sahə üzrə qurmaq istəyən gənclərə dəstək olmaq, gələcəkdə yaranacaq işçi ehtiyacını Ehtiyat Kadr Bazasının hesabına dərhal bağlamaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi