Dəmir yolu nəqliyyatındakı hadisələrin xidməti araşdırılması və qeydiyyatı qaydaları təsdiq edilib

Dəmir yolu nəqliyyatındakı hadisələrin xidməti araşdırılması və qeydiyyatı qaydaları təsdiq edilib Nazirlər Kabineti “Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) Qaydaları”nı təsdiq edib.
İnfrastruktur
27 Dekabr , 2023 10:48
Dəmir yolu nəqliyyatındakı hadisələrin xidməti araşdırılması və qeydiyyatı qaydaları təsdiq edilib

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatında istehsalatla əlaqəsi olmayan insanlarla baş vermiş nəqliyyat hadisələrinin və ya digər bədbəxt hadisələrin xidməti araşdırılması və qeydiyyatı (uçotu) Qaydaları”nı təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qaydalar dəmiryol nəqliyyatı obyektlərində istehsalatla əlaqəsi olmayan insanların xəsarət alması, o cümlədən ölümü ilə nəticələnən hadisələrin ümumi istifadəli dəmiryol nəqliyyatı infrastrukturunun sahibi və qeyri-ümumi istifadəli dəmir yolunun sahibi tərəfindən xidməti araşdırılması və qeydiyyatı (uçotu) qaydalarını müəyyən edir.

Bundan başqa, Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qaydalar dəmiryol nəqliyyatı infrastrukturunda hərəkətin təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə əlaqədar hadisələrin araşdırılmasının təşkili və qeydiyyatı qaydalarını müəyyən edir.

Son xəbərlər

Orphus sistemi