Davosda Azərbaycanda rəqəmsal ekosistemin təşviqi müzakirə olunub
Davosda Azərbaycanda rəqəmsal ekosistemin təşviqi müzakirə olunubAzərbaycan onlayn təhsil platforması ilə rəqəmsal ekosistemin təşviqi və bu sahədə səriştələri artırmaq üçün imkanları araşdırırır
Azərbaycan onlayn təhsil platforması ilə rəqəmsal ekosistemin təşviqi və bu sahədə səriştələri artırmaq üçün imkanları araşdırırır.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
“Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində 19 yanvar tarixində onlayn təhsil platforması “Coursera”nın baş icraçı direktoru Cef Maggionkalda ilə müasir çağırışlar şəraitində Azərbaycanda rəqəmsal ekosistemin təşviqi və bu sahədə səriştələri artırmaq üçün imkanların araşdırılması barədə fikir mübadiləsi apardıq”, - nazir qeyd edib.
we discussed the promotion of the digital #ecosystem in Azerbaijan in the face of modern challenges, as well as the opportunities to advance competency in this field. 2/2#EconomyAz#WEF23pic.twitter.com/ra67XtCsvo