David Zalkaliani: “BTQ Avropa və Asiyanı birləşdirən rəqabətqabiliyyətli dəhlizə çevrilib”

David Zalkaliani: “BTQ Avropa və Asiyanı birləşdirən rəqabətqabiliyyətli dəhlizə çevrilib” “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi daşınmaların vaxtını və xərclərini kfayət qədər azaldır”.
İnfrastruktur
23 Dekabr , 2019 15:06
David Zalkaliani: “BTQ Avropa və Asiyanı birləşdirən rəqabətqabiliyyətli dəhlizə çevrilib”

“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi daşınmaların vaxtını və xərclərini kfayət qədər azaldır”.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın XİN başçısı David Zalkaliani azərbaycanlı və türkiyəli həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, BTQ Avropa və Asiyanı birləşdirən rəqabətqabiliyyətli dəhlizə çevirilib: “Gürcüstan, Azərbaycan və Türkiyə tarixi İpək yolunun bərpasında xüsusi rol oynayırlar və bu da ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsi və xalqlar arasında əlaqələrin genişləndirilməsinə imkan verir”.

D.Zalkaliani deyib ki, üç ölkənin biznes dairələri, kiçik və orta biznes sahələri arasında əməkdaşlıq təşviq olunacaq, üçtərəfli biznes forumlar keçiriləcək.

Son xəbərlər

Orphus sistemi