Daşkəsəndə bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb

Daşkəsəndə bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonu ərazisində bir-neçə avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyətlər yaranıb.
İnfrastruktur
10 İyun , 2023 13:31
Daşkəsəndə bir neçə yolda yaranmış məhdudiyyətlər aradan qaldırılıb

Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonu ərazisində bir neçə yolda avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyətlər aradan qaldırılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, intensiv yağıntılar nəticəsində respublika əhəmiyyətli Daşkəsən-Gəncə və yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çanaxçı-Alaxançallı, Zağalı-Kollu-Çıraqlı, Çovdar-Çaykənd avtomobil yollarında sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borular sıradan çıxıb.

Yollarda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

Son xəbərlər

Orphus sistemi