Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şəkidə vətəndaşları qəbul edib

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şəkidə vətəndaşları qəbul edib İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şəki şəhərində Şəki, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib.
İnfrastruktur
8 Aprel , 2023 15:41
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Şəkidə vətəndaşları qəbul edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova Şəki şəhərində Şəki, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib.

"Report" Dövlət Xidmətinə istinadən xəbər verir ki, qəbulda 30-dan artıq şəxs iştirak edib.

Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqların aradan qaldırılması, sosial və s. məsələlər barədə müraciət ediblər. Bir sıra məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb. Bəzi hallar üzrə qurumun mütəxəssisləri müraciət edən vətəndaşın da iştirakı ilə yerində araşdırma aparıb, onlara əsaslandırılmış izahat verib.

Son xəbərlər

Orphus sistemi