DANX: Sərnişinlər bileti onlayn almağa üstünlük versinlər

DANX: Sərnişinlər bileti onlayn almağa üstünlük versinlər ​​​​​​​“Gələn ayın ortalarından Bakıdan regionlara hərəkət edəcək avtobuslara bilet satışı onlayn həyata keçiriləcək”
İnfrastruktur
27 May , 2021 15:28
DANX: Sərnişinlər bileti onlayn almağa üstünlük versinlər
Nuridə Allahyarova

“Gələn ayın ortalarından Bakıdan regionlara hərəkət edəcək avtobuslara bilet satışı onlayn həyata keçiriləcək”.

“Report” xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.

“Sərnişinlərə tövsiyə edilir ki, mümkün sıxlığı minimuma endirmək üçün bileti onlayn almağa üstünlük versinlər. Bölgələrə səfər edən avtobuslar sərnişinləri normal qaydada daşıya biləcəklər. Sərnişindaşımada hər hansı bir məhdudiyyət nəzərdə tutulmayıb. Sürücülərin 70%-i artıq vaksinasiya olunub. Sərnişinlərin hərarəti avtobusun yanında ölçüləcək. Qızdırması və yaxud koronavirusa oxşar əlamətləri olan sərnişinlər tibb məntəqəsində yönəldiləcək. Avtobuslarda sərnişinlər hər zamanki kimi oturacaq, ara məsafəsi olmayacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, avtobuslarda kondisionerlər maksimum dərəcədə qoşulmayacaq, havalandırma olacaq. Amma müəyyən temperatur həddi keçiləndən sonra bu qərar qüvvədə olmayacaq və kondisionerlər qoşulacaq", - deyə o, qeyd edib.

N.Allahyarova onu da bildirib ki, mayın 31-dən 566 marşurut xətti üzrə 1 864 avtobus hərəkətdə olacaq. "Mayın 30-dan artıq biletlərin satışına başlanılacaq".

Son xəbərlər

Orphus sistemi