DANX pandemiyadan sonrakı dövr üçün Fəaliyyət Planı hazırlayıb

DANX pandemiyadan sonrakı dövr üçün Fəaliyyət Planı hazırlayıb Bu gündən etibarən Bakı-Sumqayıt istiqamətində sərnişin axınının artması nəzərə alınaraq bütün avtobuslar xəttə çıxarılıb.
İnfrastruktur
29 Aprel , 2020 11:41
DANX pandemiyadan sonrakı dövr üçün Fəaliyyət Planı hazırlayıb
0 : 00
0 : 00

Bu gündən etibarən Bakı-Sumqayıt istiqamətində sərnişin axınının artması nəzərə alınaraq bütün avtobuslar xəttə çıxarılıb. 

Bu barədə “Report”a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum pandemiyadan sonrakı dövr üçün Fəaliyyət Planı hazırlayıb, ölkədəki 56 avtovağzal və avtostansiya sərnişin axınını təmin etmək üçün hazır vəziyyətə gətirilib: "Karantin müddəti bitdikdən sonra regionlardakı sərnişinlərin paytaxta qayıtması ilə kifayət qədər sərnişin sıxlığı gözlənilir. Həmçinin, Bakıda qalan sərnişinlərin də regionlara getməsi gözlənilir. Mərhələli şəkildə sərnişinlərin hərəkəti təmin ediləcək".

Son xəbərlər

Orphus sistemi