Dövlət Avtomobil Nəqliyyatı Xidməti 2 MMC-dən aldığı xidmətlərə görə 14 min manata yaxın pul ödəyəcək

Dövlət Avtomobil Nəqliyyatı Xidməti 2 MMC-dən aldığı xidmətlərə görə 14 min manata yaxın pul ödəyəcək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) digər nəqliyyat xidmətlərinin alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.
İnfrastruktur
10 İyul , 2019 16:52
Dövlət Avtomobil Nəqliyyatı Xidməti 2 MMC-dən aldığı xidmətlərə görə 14 min manata yaxın pul ödəyəcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) digər nəqliyyat xidmətlərinin alınması ilə bağlı elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

“Report” xəbər verir ki, tenderin qalibi Azərbaycanda KİA markalı nəqliyyat vasitələrinin satışı ilə məşğul olan “Şərqmotors” MMC olub.

Qalib şirkətə 7 174 manat ödəniləcək.

Bundan başqa, DANX “NN-Print” MMC-ni mətbəə işlərinin görülməsi ilə bağlı elan etdiyi açıq tenderin qalibi seçib. Bu şirkətə isə 6 628 manat ödəniləcək.

Beləliklə, qurum 2 MMC-dən aldığı xidmətlərə görə 13 802 manat pul ödəyəcək.

Son xəbərlər

Orphus sistemi