Dakar dairəsinə işıqforlar quraşdırılacaq

Dakar dairəsinə işıqforlar quraşdırılacaq Qara Qarayev prospektində yerləşən Dakar dairəsi adlanan yerdə tıxacları aradan qaldırmaq üçün işıqforlar quraşdıacaq.
İnfrastruktur
13 Avqust , 2021 18:50
Dakar dairəsinə işıqforlar quraşdırılacaq

Qara Qarayev prospektində yerləşən Dakar dairəsi adlanan yerdə tıxacları aradan qaldırmaq üçün işıqforlar quraşdırılacaq.

“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu məsələ Baş Dövlət Yol Polisi İdarəsi ilə də razılaşdırılıb: "Həmin ərazidə dairəyə giriş hissələrdə təxminən 30 metr məsafədə işıqforlar quraşdırmaqla nəqliyyat vasitələrinin hərəkətini tənzimləyəcəyik. Bununla da nəqliyyat vasitələri dairəyə pilləli daxil olacaqlar. Yaxın zamanda bu layihəni reallaşdıracağıq və problemi həll edəcəyik".

Son xəbərlər

Orphus sistemi