Bakı. 25 dekabr. REPORT.AZ/ Ağdam rayonunun cəbhə bölgəsində yerləşən 2 kəndinə su verilib.
Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.
Məlumata görə, kəndlərə içməli suyun verilməsi münasibəti ilə Ağdam rayonunun Ballar kəndində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. Bildirib ki, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda içməli su ilə təminat həmişə aktual olub. Əsas su mənbələrinin işğal altında olması səbəbindən rayonun su ilə təminatında çətinliklər olurdu. Bu baxımdan sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub.
“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Həyata keçirilən layihələr sırasında cəbhəyanı ərazilərdə yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə 2018-ci ildə 41 kəndin içməli su təchizatı yaxşılaşdırılıb, növbəti illərdə digər kəndlərdə də belə layihələr icra olunacaq.
Ağdam rayonunun Hacıturallı və Ballar kəndlərində su təchizatı layihələrinin icrasına 2018-ci ilin yayında başlanılıb. Kənd sakinlərini içməli su ilə təmin etmək üçün su mənbəyi subartezian quyuları seçilib. Layihəyə uyğun olaraq 2 subartezian quyusu qazılıb. Kəndlərdə müxtəlif diametrli borularla 9,4 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 48 bulaq quraşdırılıb. Artıq kəndlərə suyun verilməsinə başlanılıb. Ağdam rayonunun 2 kəndində icra olunan içməli su layihəsindən 1000-dən çox sakin faydalanıb. Su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparıldığından əhalidən ödəniş tələb olunmur.
Qeyd edək ki, Azərbaycan Prezidenti





