Dağıstandakı terror aktı ilə bağlı Azərbaycan gömrükçülərinin iş rejimi dəyişməyib

Dağıstandakı terror aktı ilə bağlı Azərbaycan gömrükçülərinin iş rejimi dəyişməyib Gömrükçülər normal rejimdə işləyir
İnfrastruktur
15 Fevral , 2016 18:03
Dağıstandakı terror aktı ilə bağlı Azərbaycan gömrükçülərinin iş rejimi dəyişməyib

Bakı. 15 fevral. REPORT.AZ/ Dağıstanın Dərbənd rayonunda baş verən terror aktına baxmayaraq, Azərbaycan gömrükçüləri normal rejimdə işləyir. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

"Həmin hadisə bizim işimizə heç bir təsir etməyib və biz normal rejimdə işləyirik", - deyə komitədən deyiblər.

Qeyd edək ki, Dağıstanın cənubunda, Dərbənd rayonunda Yol Patrul Xidməti postu yaxınlığında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb, beş nəfər yaralanıb.

Partlayış Dərbənd rayonunda YPX-nin Cəmikənd postu yaxınlığında sənədlərin yoxlanılması üçün posta avtomobil yaxınlaşarkən baş verib. Terror aktı ilə əlaqədar Rusiya-Azərbaycan avtomobil yolu bağlanıb, hadisənin baş verdiyi Dövlət Yol Polisi İdarəsinin ətrafı mühasirəyə alınıb, həmin yolda avtomobillərin hərəkətinə hələlik icazə verilmir.

Son xəbərlər

Orphus sistemi