Cocuq Mərcanlı kəndində su təchizatı infrastrukturu yaradılıb

Cocuq Mərcanlı kəndində su təchizatı infrastrukturu yaradılıb Bakı. 20 noyabr. REPORT.AZ/ 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalini içməli su ilə təmin etmək üçün su təchizatı infrastrukturu yaradılıb.
İnfrastruktur
20 Noyabr , 2017 15:44
Cocuq Mərcanlı kəndində  su təchizatı infrastrukturu yaradılıb

Bakı. 20 noyabr. REPORT.AZ/ 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalini içməli su ilə təmin etmək üçün su təchizatı infrastrukturu yaradılıb.

“Report” xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu məqsədlə subartezian quyusu qazılıb, su xətti çəkilərək bütün yaşayış evləri içməli su ilə təmin edilib. Sakinlərə operativ və keyfiyyətli xidmət göstərilməsi məqsədilə kənddə “Azərsu”ya məxsus “Birləşmiş Sukanal” MMC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsi yaradılıb. Gələcəkdə kəndin su təchizatını bu xidmət sahəsi həyata keçirəcək.

Noyabrın 17-də “Azərsu” və Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyinin iştirakı ilə xidmət sahəsi binasına baxış keçirilib. Burada yaradılmış şəraitlə tanış olan səhmdar cəmiyyətin İdarə Heyətinin sədri Qorxmaz Hüseynov kənd sakinlərinə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə müvafiq tapşırıqlar verib. 

Son xəbərlər

Orphus sistemi