Çin şirkətləri azad edilmiş ərazilərin potensialından faydalanmağa dəvət ediləcək

Çin şirkətləri azad edilmiş ərazilərin potensialından faydalanmağa dəvət ediləcək Azərbaycanın Çindəki səfiri: "Azərbaycanın inşaat və investisiya mənbələrini birləşdirəcək yaxın tərəfdaşlara ehtiyacı var"
İnfrastruktur
24 Dekabr , 2020 16:11
Çin şirkətləri azad edilmiş ərazilərin potensialından faydalanmağa dəvət ediləcək

“Uzunmüddətli çiçəklənməni təmin etmək məqsədilə Qarabağda bərpa və tikinti işlərinin aparılması üçün Azərbaycanın inşaat və investisiya mənbələrini birləşdirəcək yaxın tərəfdaşlara ehtiyacı var. Çinli investorlar və tikinti şirkətləri, Azərbaycanın azad edilmiş ərazilərinin istifadə olunmamış potensialından faydalanmağa dəvət ediləcək”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı deyib.

“Xoşbəxtlikdən Azərbaycanla Çin arasında artıq dostluq, çoxölçülü və səmərəli münasibətlər mövcuddur. Hazırda hər iki xalq Dağlıq Qarabağ münaqişəsinin bitməsinin gətirdiyi sülh dividendlərindən dərhal faydalana bilərlər”, - deyə o bildirib.

Səfir qeyd edib ki, onsuz da, Azərbaycan Çinin Qafqaz bölgəsindəki ən böyük ticarət tərəfdaşıdır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,2 milyard ABŞ dollarına yaxın olub. Biznes və investisiyalar ilbəil artmağa davam edir, Çin investisiyaları isə regionun iqtisadiyyatının canlandırmasını stimullaşdıra bilər. Məsələn, Çinin rəhbərlik etdiyi Asiya İnfrastruktur İnvestisiya Bankı, Bakı-Tbilisi-Qars dəmir yolu marşrutuna paralel olaraq Bakıdan Türkiyəyə təbii qaz nəql edən Trans-Anadolu Təbii Qaz Boru Kəməri Layihəsinə əhəmiyyətli səviyyədə dəstək olub:

“Səylərimizi hər iki ölkəyə fayda verəcək şəkildə ikiqat artırmalıyıq. Dağlıq Qarabağdakı münaqişədən sonra, barış şərtlərinin gətirdiyi fürsətlər aydındır və bunlar yalnız iki xalqa deyil, həmçinin dünyaya fayda gətirəcək. Gəlin anı birlikdə tutaq”.

Son xəbərlər

Orphus sistemi