Ceyhun Bayramov: "Üçtərəfli əməkdaşlıq formatı geniş imkanlar açır"

Ceyhun Bayramov: "Üçtərəfli əməkdaşlıq formatı geniş imkanlar açır" “Biz üçtərəfli əməkdaşlıq formatının böyük gələcəyi olduğunu hesab edirik”.
İnfrastruktur
568
26 Avqust , 2020 16:15
Ceyhun Bayramov: Üçtərəfli əməkdaşlıq formatı geniş imkanlar açır
Ceyhun Bayramov

“Biz üçtərəfli əməkdaşlıq formatının böyük gələcəyinin olduğunu hesab edirik”.

Bunu “Report”un Rusiya bürosuna Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskva şəhərində rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonra mətbuat konfransı zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində iki ölkə arasındakı əlaqələrə dair suala cavab verərkən bildirib.

“Rusiya, Azərbaycan və İran arasında ciddi əməkdaşlıqdan danışırıq. Son illər çox böyük işlər görülüb, bunun nəticələri göz qabağındadır. Belə ki, pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri boyu daşımaların həcmi daha da artıb”, - deyən nazirin sözlərinə görə, hazırda Azərbaycan və Rusiya sərhəd məntəqələrindən buraxılış işlərini təkmilləşdirmək istiqamətində əlavə tədbirlər hazırlayırlar.

“2019-cu ilin dekabr ayında Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərindən yeni körpü istifadəyə verildi. Azərbaycanda Bakıdan İran sərhədinədək yeni magistral yolun tikintisi başa çatdırılıb. Qarşıdakı aylarda isə Bakıdan Rusiya sərhədinədək magistral yol tikilib qurtaracaq. Yəni bu baxımdan vəziyyət xeyli ürəkaçandır”, - C.Bayramov fikrini tamamlayıb.

Son xəbərlər

Orphus sistemi