Ceyhun Bayramov: “BTQ Çindən Cənub-Şərqi Avropaya daşınma müddətini 70% azaldır”

Ceyhun Bayramov: “BTQ Çindən Cənub-Şərqi Avropaya daşınma müddətini 70% azaldır” “Azərbaycan son bir neçə ildə nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyub”.
İnfrastruktur
181
24 Sentyabr , 2021 10:53
Ceyhun Bayramov: “BTQ Çindən Cənub-Şərqi Avropaya daşınma müddətini 70% azaldır”
Ceyhun Bayramov

“Azərbaycan son bir neçə ildə nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyub”.

“Report” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov dənizə çıxışı olmayan və inkişaf etməkdə olan ölkələrin xarici işlər nazirlərinin illik toplantısında bildirib.

“Dünya İqtisadi Forumunun məlumatına görə, bu addımlar sayəsində Azərbaycan hazırda yolların keyfiyyətinə görə dünyada 27-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdədir. İllik 6,5 milyon ton yük daşıma qabiliyyətinə malik olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Çin ilə Cənub-Şərqi Avropa ölkələri arasında daşınma müddətini 70% azaltmağa imkan verir. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 100 milyon konteyner də daxil olmaqla yükləmə gücü ildə 10 milyon tondur. Əlavə olaraq 260-dan çox gəmisi olan Azərbaycan, Xəzər dənizində ən böyük ticarət donanmasına da sahibdir. Azərbaycan logistika və tranzit qovşağı rolu üçün lazımi infrastrukturun qurulması məqsədilə çox səy göstərib və bu proses bu gün də davam edir”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi