"Report"un Çexiyanın "Çianyus" agentliyinə istinadən verdiyi xəbərə görə, artıq bununla bağlı müvafiq müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 1,7 mlrd. Çexiya kronu (59,2 mln. manat) təşkil edir.
Çexiya şirkətinin rəsmisi Petra Yuraskova (Petra Jurásková) məsələni təsdiq edib və bildirib ki, müqaviləyə əsasən, 600 km-dən artıq məsafədə dəmir yolu təmir ediləcək.