Cənub-Qərb nəqliyyat marşrutu ölkələri logistika məhsulu yaradacaq

Cənub-Qərb nəqliyyat marşrutu ölkələri logistika məhsulu yaradacaq Bu zərurəti dəmir yolu rəhbərlərinin Bakıda keçirilən görüşündə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov qeyd edib
İnfrastruktur
19 İyun , 2017 11:54
Cənub-Qərb nəqliyyat marşrutu ölkələri logistika məhsulu yaradacaq
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov / Report

Bakı. 19 iyun. REPORT.AZ/ Cənub-Qərb nəqliyyat marşrutunun inkişafı üçün Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşa yeni logistika məhsulu yaratmalıdır.

"Report" xəbər verir ki, bunu qeyd edilən ölkələrin dəmir yolu rəhbərlərinin Bakıda keçirilən beştərəfli görüşündə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Biz bu istiqamətdə imkanları araşdırmalı, mövqelərimizi yaxınlaşdırmalı, bu dəhlizin daha cəlbedici və tələbatlı olması üçün çalışmalıyıq. Çünki bunun üçün kommunikasiya imkanlarımız, istəyimiz və ən əsası siyasi iradəmiz var", - deyə C.Qurbanov əlavə edib.

Son xəbərlər

Orphus sistemi