Cəlilabadda abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3 milyon manat ayrılıb

Cəlilabadda abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3 milyon manat ayrılıb Prezident İlham Əliyev sərəncam imzalayıb
İnfrastruktur
4 Sentyabr , 2017 14:37
Cəlilabadda abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 3 milyon manat ayrılıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Cəlilabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi və çoxmənzilli binaların əsaslı təmiri üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Cəlilabad Rayon İcra Hakimiyyətinə 3 milyon manat, o cümlədən abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 1,5 milyon manat, 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün 1,5 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi