Cavid Qurbanov: "Şimal-Cənub dəhlizi üzrə işlər qrafikə uyğun həyata keçirilir"

Cavid Qurbanov: "Şimal-Cənub dəhlizi üzrə işlər qrafikə uyğun həyata keçirilir" II faza üzrə işlərin isə gələn ilin birinci yarısında başlanılması nəzərdə tutulur
İnfrastruktur
15 Noyabr , 2017 13:20
Cavid Qurbanov: Şimal-Cənub dəhlizi üzrə işlər qrafikə uyğun həyata keçirilir
Report/ Firi Salim

Bakı. 15 noyabr. REPORT.AZ/ Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə dəmir yolunun inşası işləri qrafikə uyğun həyata keçirilir.

"Report"un verdiyi xəbərə görə, bu barədə "Azərbaycan Dəmir Yoları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

"Bu ilin dekabrında artıq I faza üzrə işlər yekunlaşacaq. II faza üzrə işlərin isə gələn ilin birinci yarısında başlanılması nəzərdə tutulur", - C.Qurbanov qeyd edib.

Bu yaxınlarda Bakı-Tbilis-Qars dəmiryolunun açılışını xatırladan C.Qurbanov onun Azərbaycanın dividendlərini artıracağını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi